Uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbi                     

“Стоп Угроза” beynəlxalq uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin rəsmi təmsilçisi “GİD CSR Consulting” şirkəti, PAŞA Holdinq, PAŞA Sığorta şirkətləri ilə birgə bir müddət əvvəl start verdiyi “Güvənli Gələcək” layihəsinin icrasını İsmayıllıda davam etdirib.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin binasında baş tutan layihədə uşaqlara “Bullinqə son!” və “5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar?” mövzuları üzrə təlimlər keçirilib.

Qeyd edək ki, layihənin başlıca məqsədi paytaxt və bölgələrimizdə fəaliyyət göstərən uşaq evləri, qadın və uşaq sığınacaqları, aztəminatlı ailələrin uşaqları üçün təhlükəsizlik üzrə təlimlərin həyata keçirilməsi və maarifləndirmələrin aparılmasıdır. Belə ki, layihə boyunca 2021-ci ilin fevral-sentyabr ayları ərzində 6-14 yaş aralığında ümumi 326 uşağın iştirakı ilə 14 fərqli mərkəzdə təlim proqramları həyata keçirilib.

Lalə Kəbirova

Şərh Yaz