Həmyerlimizdən daha bir qələbə                             

                  Qəzetimizin ötən sayında həmyerlimizin uğurlu qələbəsindən söz açmışdıq. Bildirmişdik ki, Abbaszadə Əliyulla İshab oğlu 1993-cü il may ayının 28-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 2011-2013-cü illərdə hərbi xidmət keçib. 2019-cu ildə bodibüldinq idmanı üzrə 2-ci dəfə Azərbaycanın mütləq çempionu adını qazanıb.

Məşqdən-məşqə, yarışdan-yarışa özünə inam müqabilində 2018-ci ildə Bodrumda Dünya Qrand Prisi uğrunda yarışda 4-cü yerə sahib olub.

2021-ci ilin aprel ayında Rusiyanın Krasnoyarsk şəhərində keçirilən Siberian Pover Şhovda 2-ci yeri tutub. 2021-ci ilin sentyabrın 18-də İspaniyanın Sevilya şəhərində 95 kiloqram çəki dərəcəsində Arnold Classik Sports Festivalda Europe yarışmasında birinci yerə çıxaraq Avropa çempionu adını qazanıb.

A.Əliyulla bu yaxınlarda İspaniyanın Santa Suzanna şəhərində keçirilən dünya çempionatında idmanın bu  növündə Azərbaycan Respublikasını təmsil edəcəyini bildirmişdi. Biz də öz növbəmizdə ona uğurlar arzulamışdıq. Arzularımız çin oldu. Həmyerlimizi dünya çempionu olması münasibəti ilə rayonun idmansevərləri adından təbrik edir, ona möhkəm can sağlığı və güclü iradə hesabına əldə olunan qələbələrinin sayını  daha da artırmağı arzulayırıq.

Rasim Rəhimov

Şərh Yaz