Görkəmli alim anılıb

25 aprel 2024-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir və sərgi təşkil olunub.

Tədbirdə adları qeyd olunan idarələrin məsul əməkdaşları çıxış edərək, Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında zəngin məlumatları iştirakçıların diqqətinə çatdırıblar. Sonda əlamətdar günlə bağlı sərgiyə baxış keçirilib.

Aytac Əliyeva

Şərh Yaz