Asudə vaxtlarının səmərəli təşkili           

24 noyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin (RGİİ) “Payız rəngləri” mövzusunda keçirdiyi fotomüsabiqənin qalibləri mükafatlandırılıb.

İsmayıllı rayonunun yaradılmasının 90-ci ildönümünə təsadüf edən tədbirdə İsmayıllı RGİİ-nin rəisi Taleh Salehov çıxış edərək, iştirakçılara öz təşəkkürünü bildirib, qalib olduqlarına görə onları təbrik edib.

Belə ki, 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən fotomüsabiqədə I yeri Xədicə Rəhimova, II yeri Alsu Abbasova, III yeri Zeynəb Hüseynli və Nihad Ağayev qazanıblar. Qaliblər İsmayıllı RGİİ-i tərəfindən medal, Fəxri fərman və diplomlarla tətlif ediliblər.

Müsabiqənin keçirilməsinin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviqi olub.

E.Məmmədli

 

Şərh Yaz