Yaddas kitabcasi

Həmişə dəyərli olan peşə                       

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə İsmayıllı rayonunda bayram tədbiri keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbirdə rayon rəhbərliyi, qabaqcıl və veteran müəllimlər iştirak ediblər.

Tədbir iştirakçıları Böyük Qələbəyə həsr olunmuş sərgiyə baxış keçiriblər. Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram tədbirində iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara həyatda və işdə uğurlar arzulayıb. Başçı çıxışında ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, cəmiyyətin tərəqqisində və savadlı nəslin formalaşmasında onların fədakarlığından danışıb.

Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev çıxış edərək, bu il ümumtəhsil məktəblərini bitirən 702 nəfər şagirddən 400 nəfərinin ali və orta ixtisastəhsili müəssisələrinə qəbul olunduğunu bildirib. Məzunlardan 21 nəfəri 600-dən çox, 70 nəfərdən çoxu isə 500-600 arası bal toplayıb.

Çıxış edən müəllimlər ulu öndər Heydər Əliyevin həmişə müəllim əməyini yüksək qiymətləndirməsindən, bu siyasətin dövlətimizin başçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdiriliməsindən danışıblar. Bu sahədə çalışanlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda İsmayıllı təhsilinin inkişafında xüsusi xidmətləri olan bir qrup müəllimə İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Şöbəsi tərəfindən Diplom və Təşəkkürnamələr təqdim olunub.

 

Şərh Yaz