Şəhidin medalı anım günündə ailəsinə təqdim edilib       

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı Fuad Nəcəfovun “Cəbrayılın azad olunmasına görə” medalı İsmayıllı rayonunun Qalınçaq kəndində yaşayan – Birinci Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş atası Teleh Nəcəfova təqdim edilib.

Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, şəhidin ailə üzvləri, kənd sakinləri və hərbiçi yoldaşları iştirak ediblər.

Rayon rəhbəri şəhidlərimizin keçdikləri şanlı döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunələrindən bəhs edib. Onların heç vaxt unudulmayacaqlarını deyib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

Şərh Yaz