Problemlər müzakirə olundu      

İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının təklifi və təşkilatçılığı ilə keçirilən dəyirmi masada 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Regional Meşə Təsərrüfat Mərkəzinin məsul şəxsləri də iştirak ediblər.

Görüşdə gündəlikdə duran məsələlər müzakirə olunub. Bildirilib ki, ərazilərdə təbii qaz təminatı olmayan sakinlər qışa hazırlıq üçün odun yanacağı ilə təmin olunmalı, qanunsuz ağac kəsiminin qarşısı alınmalıdır. Əlavə olaraq ərazilərdən qanunsuz qum-çınqıl daşınmasına nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr də  aparılıb.

Görüşün əsas məqsədi sakinlərin problemlərini aidiyyəti üzrə təşkilat rəhbərləri ilə yerində müzakirə etmək və həlli istiqamətində operativ işlər aparmaqdan ibarət olub.

Qərara alınıb ki, bundan sonra İƏD üzrə nümayəndə və bələdiyyələrlə aidiyyəti təşkilatlar qarşılıqlı qaydada işləsinlər.

Bu kimi görüşlərin digər xidmət təşkilatlarla da mütəmadi qaydada təşkil olunması vacib sayılıb.

Şərh Yaz