Şəhid Cəmil Məmmədlinin medalı ailəsinə təqdim edilib     

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış əsgər Cəmil Məmmədlinin “Xocavəndin azad olunmasına görə” medalı atasına təqdim edilib.

Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri iştirak ediblər.

Rayon rəhbəri 44 günlük Vətən müharibəsində qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığından, şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin hər zaman əziz tutulacağından danışıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin Sərəncamları ilə Cəmil Məmmədli “Vətən uğrunda”, “Cəsur döyüşcü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər.

Şərh Yaz