Şəhidin adını daşıyan bulağın açılışı olub

Bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Emin Ağazadənin anım günündə adını daşıyan bulağın açılışı olub.

Anım mərasimində millət vəkili Tahir Kərimli, RİH-in məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi, şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri şəhidin Kürdmaşı kənd qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Mərasimdə çıxış edənlər şəhid E.Ağazadənin ailəsinə başsağlığı verərək onlara Allahdan səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirib, bulağın inşa edilməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Anım mərasimində C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Şəhidin evində xatirəsinə yaradılmış muzeylə tanışlıqdan sonra şəhidin “Qubadlının azad olunmasına görə” medalı ailəsinə təqdim edilib.

Şəhid valideynləri  millət vəkili Tahir Kərimli və RİH başçısı Nahid Bağırovla xatirə şəkli çəkdiriblər.

Şərh Yaz