Şəhidin medalı anım günündə ailəsinə təqdim edilib                     

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış kiçik çavuş, əslən Ağdam rayonundan olan Nicat Həsənquliyevin 26 oktyabr anım günüdür.

Bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti şəhidin İsmayıllı rayonundakı Şəhidlər xiyabanında məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Anım mərasimində İsmayıllıda fəaliyyət göstərən Ağdam rayon 30 nömrəli tam orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Şəhidin evində xatirəsinə yaradılmış muzeylə tanışlıq zamanı “Cəbrayılın azad olunmasına görə” medalı atasına təqdim edilib.

Şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq.

Şərh Yaz