Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik    

Oktyabrın 26-da İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecində “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik” mövzusunda seminar keçirilib.

Seminarda təşkilatçı qurumların nümayəndələri – İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Kollecin direktoru Kəmalə Süleymanlı, eləcə də “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, şəhid ailələri, qazilər, müəllim və tələbələr iştirak ediblər.

Çıxışlar zamanı mövzunun yetişən nəslin vətənpərvərlik ruhuna təsirinin əhəmiyyətindən danışılıb. Vətən sevgisi, şəhid və qazilərimizin nümunəvi döyüş yolundan bəhs olunub.

Sonda Kollecin şəhid tələbələrinin xatirəsinə hazırlanmış şərəf lövhəsinə baxış keçirilib.

A.Səmədov

 

 

 

 

 

 

 

 

Şərh Yaz