Təbrik                                             

Görən gözü Anası oldu – o oxudu, Heydər dinlədi. Hər mətni cəmi bir dəfə oxuyardı və Heydər onları elə birinci dəfədən yaddaşına yazardı. Tale ona belə tale yazıb – gözləri zəif görür, kitabı, oxumağı çox sevsə də onlarla baş-başa ola bilmir – ibtidai sinif müəlliməsi olan anası kitablarla onun arasında canlı körpü olub. Bu da gözəl və gözlənilən nəticə – 17 yaşlı gözdən əlil Heydər Qafarlı artıq tələbədir! Heydəri və valideynlərini ürəkdən təbrik edirik! Tələbə adın mübarək olsun, Heydər!

Demək ki, arzuya çatmaq, məqsədə yetmək əngəl tanımır, yetər ki, istək olsun!

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi olaraq Heydəri bir daha təbrik edir, yolların daim aydın, işıqlı olsun deyirik!

Şərh Yaz