Diqqət və qayğı İsmayıllı təhsilində öz bəhrəsini verməkdədir   

    “Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı möhkəmlənir”.

İ.Əliyev.

Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sektoruna göstərdikləri yüksək diqqət və qayğı İsmayıllı təhsilində də öz bəhrəsini verməkdədir.

Zəngin pedaqoji ənənələri olan İsmayıllı təhsili ağır  pandemiya şəraitinə baxmayaraq, bu tədris ilində də böyük nailiyyətlər əldə edib.

2020-2021-ci tədris ilində rayonda 76 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 21 ümumi orta, 9 ibtidai məktəb, 10 məktəbəqədər və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir.12354 şagirdin təlim-tərbiyəsi ilə 1500-dən artıq müəllim məşğul olmuşdur. 1-ci sinfi 1081 şagird, 11-ci sinfi 702 məzun bitirmişdir.

Hər il olduğu kimi, bu tədris ili ərzində də İsmayıllı rayon  ümumtəhsil məktəbliləri və təhsilverənlər Beynəlxalq, respublika və zona yarışlarında çoxsaylı uğurlara imza ataraq müxtəlif diplom, medal və sertifikatlara layiq görülmüşlər. Respublika fənn olimpiadalarında final mərhələyə çatan 4 şagird –  Səfərli Əbülfəz Rasim oğlu – Lahıc qəsəbə tam orta məktəbi – 9-cu sinif, coğragiya – II yer, Qayıbov Amin Ruslan oğlu – Cülyan kənd tam orta məktəbi – IX sinif, coğrafiya – II yer, Tağıyev Ağaxan Oqtay oğlu – A.Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbi – IX sinif, coğrafiya-III yer, Xasıyev Rəvan Fazil oğlu- Q.Məmmədov adına Ruşan kənd tam orta məktəbi – VIII sinif, tarix – III yerlə qalib adını qazanmışdır.

Respublika fənn müsabiqələrinin finalında Mərdanlı Nihal Əli oğlu – şəhər 2 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi biologiya üzrə III yerə layiq görülmüşdür.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində Təzəkənd tam orta məktəbinin şagirdi Ələkbərli Fidan Ramazan qızı Respublika üzrə ikinci yeri tutmuş, məktəbliyə Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyəsi təqdim edilmişdir.

Azərbaycan Respulikası Təhsil nazirinin F-462 nömrəli əmrilə keçirilən “Sabahın alimləri” X Respublika müsabiqəsinə 4 layihə təqdim olunmuşdur.

Qasımov Rəvan – Vəng tam orta məktəbi “Bacarıqlı əllər” layihəsi üzrə Amerikanın xüsusi Assosasiyalar mükafatına layiq görülmüşdür (rəhbər Qurbanova Gülnarə).

2021-ci il “Nizami Gəncəvi” ili çərçivəsində Azərbaycan Mərkəzi Bankının məktəblilər arasında  keçirdiyi  “N.Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqəsində Sevinc Gənciyeva – 5 nömrəli tam orta məktəbinin şagirdi – inşa yazı müsabiqəsində 2-ci, Nuran Nuri – şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi isə şeir nominasiyası üzrə  2-ci yer tutmuşdur.

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən…” adlı Respublika onlayn mahnı müsabiqəsində Piriyev Mətin Teymur oğlu – UGİM-in dərnək üzvü (Cülyan məktəblisi) “Xalq mahnıları”,  Səfərova Gülşən Süleyman qızı – İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi “Bəstəkar mahnıları” nominasiyaları üzrə qalib gəlib.

Bakı Anadolu Türk Liseyinin təşkil etdiyi çox dəyərli “Qarabağ Şehitleri ve Qarabağ Zaferi” adlı şeir yarışmasının yüzlərlə iştirakçısı arasında 3 seçim turundan sonra 50 nəfər qalibin sırasında yer almış Lalə Nemətli – 1 nömrəli tam orta məktəbin şagirdi -2-ci, Nərgiz Nemətli – 1 nömrəli tam orta məktəbin şagirdi 3-cü yerə layiq görülüb.

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Biz zəfər qazandıq” adlı respublika onlayn sərgi- müsabiqəsində, Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən “Milli dəyərlərimiz- ornamentlər” adlı onlayn respublika rəsm müsabiqəsində, Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qarabağ  abidələri” onlayn respublika rəsm və əl işləri müsabiqəsində İsmayıllı məktəbliləri fəal iştirak edərək uğurlu nəticələr əldə etmişlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 2021-ci il tarixli F-118 nömrəli əmri ilə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qarabağ uşaqların gözü ilə “ adlı Respublika videoçarx müsabiqəsində, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf  Mərkəzinin  təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Üç alov” adlı uşaq və gənclərin onlayn 2-ci Beynəlxalq folklor, klassik, və müasir yaradıcılıq  festivalında 700 nəfər iştirakçı arasında “Folklor rəqsi” nominasiyası üzrə, Təhsil Nazirliyinin dəstəyi və Respublika Gənclər Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” adlı onlayn respublika şeir və mahnı  müsabiqəsində UGİM dərnək üzvləri müxtəlif diplom və mükafatlarla təltif olunmuşlar.

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn müsabiqədə UGİM-in “Bacarıqlı əllər” dərnəyinin üzvləri, Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin keçirdiyi “Evdə qalaq, evdə yaradaq” adlı Respublika onlayn yaradıcılıq müsabiqəsinin iştirakçıları diplomlarla təltif olunmuşlar.

“Nizami ili” çərçivəsində Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Xəmsə möcüzəsi” adlı yaradıcılıq müsabiqəsində,Təhsil nazirliyinin dəstəyi, Respublika Gənclər Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən “Söz dünyasının günəşi” adlı onlayn Respublika müsabiqəsində, Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Bizim sevimli dostlarımız” adlı onlayn Respublika müsabiqəsində, Respublika “Möcüzələr aləmi” IV Qrant müsabiqəsində, Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli UGİM-in təşkilatşılığı ilə keçirilən “Bir sevinək, bir gülək” adlı Respublika festival müsabiqəsində fəal iştirak edən uşaqlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışlar.

Qarayeva Selcan İbrahim qızı – Keyvəndi kənd tam orta məktəbinin X sinif şagirdi, ağır atletika üzrə Respublika komandasının üzvü, beşqat Respublika çempionunun, şəhidlərin xatirəsinə həsr edilmiş basketbol üzrə zona yarışında II yeri tutaraq Respublika finalına vəsiqə qazanmış 3 nömrəli məktəb-liseyin komandasının və digər idman uğurlarımız qürurvericidir.

İsmayıllı təhsilverənləri və məktəbi fərdi və ümumi kateqoriyalar üzrə 2020-2021-ci tədris ilində

V qrant müsabiqəsinin qalibi  olmuşlar. Bu, respublika üzrə böyük göstəricidir:

  1. Ümumtəhsil müəssisələrinin “dişli çarxlar” modelində əməkdaşlığı – Gəndov kənd ümumi orta məktəbi (layihə rəhbəri Ceyhun Əsgərov);
  2. Sabahın alimləri – Vəng tam orta məktəbi (layihə rəhbəri Gülnarə Qurbanova);
  3. “Gənc peşəkarlar” klubu – Tircan kənd tam orta məktəbi (layihə rəhbəri Gülyanaq Əliyeva);
  4. İstedad sorağında – Qoşakənd kənd tam orta məktəbi (Məlakə Mövlamova)
  5. Milli azlıqlardan ibarət ibtidai siniflərdə Azərbayvan dili fənninin mənimsədilməsi – İstisu kənd tam orta məktəbi (Şahid Muradlı);
  6. 9-cu sinif fizika dərslərinin video təcrübələrlə dəstəklənməsi – İsmayıllı şəhər 1 nömrəli tam orta məktbi (layihə rəhbəri Süsən Rüstəmova);
  7. “Mənim peşəm mənim gələcəyimdir” – Yeniyol kənd tam orta məktəbi (Vəfa Vahabova);
  8. Gəndov kənd ümumi orta məktəbi “Naxışlar dünyasına səyahət – Qarabağ xalçaçılıq məktəbi” (məktəb nominasiyası üzrə)

2020-2021-ci tədris ilində İsmayıllı rayonunun ümumtəhsil məktəblərini bitirən 698 məzuna tam orta təhsili bitirməsi haqda attestat verilmişdir. Onlardan 31 nəfər məzun məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

Rayonun 1 məzunu – Şıxməmmədli Aytən Telman qızı (İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey) gümüş medala layiq görülmüşdür.

Ümumi orta təhsili bitirən 967 şagirdin 28 nəfəri fərqlənmə attestatı almışdır.

Hər zaman yaddaqalan uğurları ilə respublikada seçilən İsmayıllı təhsili bu tədris ilində də öndədir. Belə ki, ümumtəhsil məktəblərini bitirən 21 şagird 600-dən çox bal toplamışdır:

 

Soyadı Adı Ata adı Qrupu Balı hsil aldığıktəb
Mürsəlova İlknur Nofəl IV 671,3 Mollaisaqlı kənd tam orta məktəbi
Yusifov Rövşən Natiq I 668,5 Diyallı  kənd tam orta məktəbi
Tağıyev Ayxan Oqtay I 660,9 Şəhər 2 nömrəli tam orta məktəbi
Mustafayeva Jalə Vüqar I 660,7 Şəhər 1 nömrəli tam orta məktəbi
Məmmədov Fərid Şəfəq I 658,4 Şəhər 5 nömrəli tam orta məktəbi
Məmmədova Fidan Elşad IV 648,6 Şəhər 5 nömrəli tam orta məktəbi
Beybutova Aytən İsrayıl IV 646,7 Hacıhətəmli  kənd tam orta məktəbi
Osmanova Şəlalə Sadiq I 646,5 Şəhər 3 nömrəli məktəb-lisey
Xalıqov Rəvan Ramil I 646 Şəhər 1 nömrəli tam orta məktəbi
Süleymanlı Ümüd Telman I 643 Şəhər 1 nömrəli tam orta məktəbi
Salehova Xumar Qədir I 634 Qalacıq  kənd tam orta məktəbi
Ələkbərli Sona Ərəstun I 630,2 Şəhər 3 nömrəli məktəb-lisey
İsmayilova Zarina Saslan II 624,2 Qalacıq  kənd tam orta məktəbi
Bağıyeva Günel Cəlil I 619,1 Mollaisaqlı kənd tam orta məktəbi
Şıxməmmədli Aytən Telman II 618,1 Şəhər 3 nömrəli məktəb-lisey
Yarıyev Vüsal Vüqar II 618,1 Şəhər 3 nömrəli məktəb-lisey
Haciyeva Nəzrin Romer IV 614,4 Şəhər 5 nömrəli tam orta məktəbi
Nemətli Fərid Aqil I 610 Şəhər 1 nömrəli tam orta məktəbi
Hacıyeva Ülkər Rövşən IV 609,6 Qalacıq  kənd tam orta məktəbi
Rəcəbli Rəcəb Şakir III 608,4 Lahıc qəsəbə tam orta məktəbi
Vəliyeva Leyla Malik III 604 Topçu kənd tam orta məktəbi

 

50 nəfər şagird isə 500-dən çox bal toplayaraq yüksək təhsil nəticələri əldə etmişlər. Cari ildə

rayonumuzun 426 məzunu müxtəlif ali məktəblərə qəbul olunaraq tələbə adı qazanmışdır.

Məlumdur ki, Azərbaycanda dövlət səviyyəsində təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə də daim xüsusi diqqətlə yanaşılır. Bütün bunlar gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində, həmçinin müəllimlərin təlim-tədris prosesini müasir şəraitdə aparmalarında mühüm rol oynayır.

Ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində İsmayıllı rayonunda da böyük addımlar atılır. Dövlət qayğısı nəticəsində rayonda məktəblər əsaslı təmir olunur, yeni məktəb binaları inşa edilir.

Böyük Qələbənin qazanılmasında öz payı olan doğma İsmayıllımızın igid övladlarına və onların ailələrinə göstərilən Dövlət qayğısını da xüsusi qeyd etməliyik. İsmayıllı rayonu rəhbərliyi daim böyük ehtiram hissilə şəhid ailələrinin, döyüşçü ailələrinin yanında olur, onların məişət qayğılarını  qarşılamağa, onlara mənəvi dəstək olmağa çalışır.

İsmayıllı Rayon Təhsil Şöbəsi və Təhsil İşçilərinin Həmkarlar İttifaqı döyüşlərdə iştirak etmiş təhsil işçilərinə, onların ailələrinə kömək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Belə ki, ümumtəhsil məktəblərində onlarla qazi, müharibə iştirakçısı texniki işlə təmin edilir. Şəhid ailə üzvləri də daim xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Yeni dərs ilinin astanasında şəhid və qazi övladlarının qayğıları qarşılanır, məktəb ləvazimatları ilə təmin edilməsi və s. diqqətdə saxlanılır.

Əlbəttə, İsmayıllı təhsilində əldə edilmiş uğurlar, dinamik inkişaf ilk növbədə ölkə başçısı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Azərbaycan təhsil sektoruna yönəltdikləri diqqət və qayğının nəticəsidir.

Əminəm ki, İsmayıllı təhsilverənləri gələcəkdə də qalib ölkənin layiqli vətəndaşını yetişdirmək işində səy və bacarıqlarını əsirgəməyəcəklər. Qüdrətli Azərbaycanımızın çiçəklənməsi yolunda  rayonumuzun bütün təhsil ictimaiyyətinə uğurlar diləyirəm.

Rövşən Əliyev,

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri

 

Şərh Yaz