Ot kökü üstə bitər                          

Hamıya pay verib ömründən bir az,
M
əndədir, səndədir müəllim ömrü.
Bəli, şair gözəl deyib. Məndədir, səndədir müəllim ömrü. O müəllimin ömrü ki, qəlbinin istisini, hərarətini bir məşələ çevirib şagirdlərinin yoluna işıq tutur. Ziyası ilə ətrafı nura boyayır.
Bir insan ki, övlad, bacı, ana, müəllim, rəhbər kimi hər kəsin qəlbinə nüfuz edərək yer tutur, sevilir.
Haqqında söhbət açacağım müəllim, ömrünün 44 ilini bu şərəfli peşəyə həsr etmiş əsl pedoqoq, dəyərli ziyalı, səriştəli rəhbər Gülxar Məmmədovadır.
Məmmədova Gülxar Ağadadaş qızı 8 iyul 1956-cı ildə İsmayıllı rayonunda sayılıb-seçilən, yüksək nüfuz sahibi olan Ağadadaş kişinin ailəsində dünyaya gəlib. Ağadadaş kişi usta sənətkar olmaqla bərabər, dövrünün maarifpərvər şəxsiyyətlərindən olmuş, övladlarının təlim-tərbiyəsi, təhsili ilə daim maraqlanmış və onların ali təhsil almaları üçün bir ata kimi daim çalışmışdır. Övladları da atalarının halal zəhmətini itirməmiş, onu ali arzusuna çatdıraraq ali məktəblərə qəbul olmuş və elin, obanın layiqli mütəxəssisləri kimi dərin hörmət qazanmışlar.
Ailənin 4-cü qız övadı olan Gülxar müəllimə univerisiteti bitirib taleyini İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinə bağlamışdır.
Şagirdlərinə sevə-sevə riyaziyyat elmini öyrədən Gülxar müəllimə elmlə birlikdə vətənpərvərlik, əsl insanlıq dərslərini də aşılamışdır.
Uzun illərdir ki, riyaziyyat müəllimi olmaqla, həm də tədris işləri üzrə direktor müavini vəzifəsində çalışan Gülxar müəllim valideynlər, şagirdlər, həm də kollektiv tərəfindən sevilir.
Bəli, onu bizə sevdirən sadəliyi, qayğıkeşliyi, insanpərvərliyidir. Zamanından aslı olmayaraq bütün müraciətlərə böyük qayğı və həssaslıqla yanaşan Gülxar müəllimə hər birimizə mənəvi ana və bacıdır.
Bu gün bu ziyalı xanım ömrünün gözəl günlərini yaşayır, sevincinin həddi, hüdudu yoxdur. İlk nəvəsi Tağıyev Ayxan Oqtay oğlu yüksək balla ali məktəbə qəbul olunub.
O, nəinki ailəsinin, məktəbinin İsmayıllı təhsilinin nüfuzunu yüksəkliklərə qaldırıb.
Biz qazanılan uğur münasibəti ilə də Gülxar müəlliməni təbrik edirik.
Əzizimiz Gülxar müəllimə ümidvarıq ki, RFO-nun bürünc medalının mükafatçısı olan nəvəniz Ağaxan da qardaşı kimi yüksək nəticələr əldə edəcəkdir.
Sizə və sizin timsalınızda kollektivinizə uğurlar diləyirik.

Təranə Məmmədova,

A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin təşkilatçı müəllimi

Şərh Yaz