ZƏFƏR YOLUM

Haradan başlayıb, haraya yetər?

Qələbə müjdəli bu Zəfər yolum!

Şəhid ruhlarından göyərib, bitər,

Şəhadət imzalı müzəffər yolum!

 

Dualar eylədik HAQQA min kərə,

Qan töküb, can verdik, yetdik zəfərə,

Alqışlar söylədik igid əskərə,

Azadlıq carçısı, bəxtəvər yolum!

 

“Dəmir ymruq” olduq düşmən başında,

Zalımı məhv etdik yurd savaşında,

Şanlı Qarabağın hər qarışında,

Qurulub, tikilir kənd, şəhər yolum.

 

Yüz il də, min il də ötəcək zaman,

Dönüb geri baxmaz bir də bədgüman,

Basılmaz qaladır bu Azərbaycan,

Bitibdir Şuşada xoş səfər yolum.

 

Arzu, niyyətimiz yollardan keçər,

Yurd-yuva itirən yurduna köçər,

Çəmənlər göyərib bal, şərbət içər,

Dağlar ayaqlara gül səpər, yolum.

 

Vardır dünyamızda yaxşı da,pis də,

Dost, qardaş əli var çiynimiz üstə,

Gözümüz, nəfsimiz yoxdur heç kəsdə,

Şərəfli, qüdrətli, al səhər yolum!

MURAD MƏRRƏMOV

 

 

 

Şərh Yaz