Anım gününə həsr edilən şahmat turniri                

 

İsmayıllı Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq Uşaq-Gənclər İdman-Şahmat məktəbində 27 Sentyabr – Anım Gününə həsr edilən şahmat üzrə turnir keçirilib.

Turnirdə rayonumuzun məktəbli şahmatçıları pandemiya qaydalarını gözləməklə qələbə uğrunda mübarizə aparıblar. Yarış başlanmazdan əvvəl məktəbli şagird və müəllimlər rayondakı Şəhidlər xiyabanını ziyarət ediblər.

Məktəbin direktoru Nəriman Alıyev  tarixi günlə bağlı çıxış edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov tədbirdə çıxış edib. O, çıxışında idmançılra 44 günlük müharibədə şanlı ordumuzun və igid əsgərlərimizin göstərdikləri şücaətdən bəhs edib.

Turnirin sonunda qalib şahmatçılara UGİŞM-nin diplomları və ATİAHİ-nin İsmayıllı RK-nin hədiyyəlləri təqdim edilib. I yeri Aqil Abdullayev (5 nömrəli tam orta məktəb), II yeri Elmir Xəlilov (7 nömrəli tam orta məktəb), III yeri isə İbrahim Rəhimli (2 nömrəli tam orta məktəb) tutub.

Tural Haşımov

 

 

 

 

Şərh Yaz