İsmayıllı

İsmayıllı, doğma məkan,

Möcüzə hər şəlaləsi.

Gözəllərlə bəhsə duran,

Yanağı al, dağ laləsi.

İsmayıllı – dağlı, düzlü,

Hər dağda bir qalası var.

Hər sakini şair sözlü,

Neçə igid balası var.

İsmayıllı – üzükdə qaş,

Bugünüm, gələn sabahım,

Burda hamı bacı-qardaş,

Vətən – mənim qibləgahım.

 

Yaşa, Vətən

 

Salam Vətən, salam torpaq,

Sən nələr çəkdin, şahidəm.

Salam, ey üçrəngli bayraq,

Mən səni öpən şəhidəm!

 

Harda oldum, səni andım,

Sənsiz dondu damarda qan.

Sənsən eşqim, sənsən andım,

Canımda can, Azərbaycan!

 

Sənsən yuvam – ölsəm, qalsam,

Vətən cənnət başdan-başa.

Mən – yolunda əriyən şam,

Sən çiçəklən, nurlan, yaşa!

Azim Mirzəliyev

Şərh Yaz