***

Evdən məhrum olana ev idim, xanə idim,

Sevinc tapmırdı məni, qəmə qəmxanə idim.

 

Elə cür yazmışdı ki, naşı hakim fərmanı,

Yarı halda olmayıb, tamam viranə idim.

 

Çıxıb olmayan evdən, baş götürüb, gedirdim,

Bilmirdim hansı səmtə, üzü hayanə idim.

 

Kimsələr naxışından deyib, bəhs eləyəndə,

Mən naxışı olmayan xalıya hanə idim.

 

Yaşanan ab-havadan duruş tuta bilməyib,

Qonaq getdiyim evdən qaçan mehmanə idim.

 

Nəinki bu günümdə, uzaq keçmişimdə də,

Namərdin qarşısında mərdi-mərdanə idim.

 

Tamam, nadan yanında qatığa ağ deyəndə,

Deməzdim ki, qorxudan, təlaşdan yanə idim.

Tamam Nur Tağlabiyanlı

 

 

 

Şərh Yaz