Belə-belə işlər                           

* – İki sərxoş yolla gedir. Biri o birinə:

– Qəzetdə oxumuşam ki, spirtli içki və siqaret insan orqanizminə ziyanlıdır. Gələn aydan tərgidəcəm.

O biri soruşur: Nəyi?

– Qəzet oxumağı.

* Fransa prezidenti Ermənistana iki təyyarə bir gəmi göndərir. Paşinyan teleqram göndərir:

Siz bilmirsiz ki, bizdə iki şey – dəniz və kişi yoxdur? Bizə kişi göndərin. Azərbaycan hücum edəcək.

* Qadın: Mənimlə evlənməyi sənə kim məsləhət gördü?

Kişi: Yadımda deyil. Mənim o qədər düşmənim var ki!

* Müəllim: Oğlunuz dərsdə çox danışır.

Ata: Müəllim, siz hələ onun anasını görməmisiniz.

* Sual: Ərin arvaddan ən çox eşitdiyi və acıqlandığı 6 hərfdən ibarət söz?

Cavab: Dır-dır.

* Kişinin xoşbəxtliyi qadından, qadının xoşbəxtliyi uşaqdan, uşağın xoşbəxtliyi isə anasını sevən atadan asılıdır.

* Tarakan mətbəxdə doğulubsa, o demək deyil ki, mətbəx tarakanındır. Erməni Qarabağda doğulmuşsa da Qarabağ Azərbaycandır.

Yaşar Nuriyev

Şərh Yaz