Yay tətili günləri                          

Hər bir şagird kimi mən də yay tətilini səmərəli keçirməyə çalışıram. Havalar çox isti keçdiyi üçün babamla birlikdə çay kənarına, meşəyə gedirik. Babam bizə rayonumuzda olan çaylar, tarixi abidələr, xüsusilə də qalalar haqqında məlumat verir. Qardaşım Eminlə mən rayonumuzun fauna və florası barədə məlumatlar toplayırıq. Sən demə bizim meşələrimizdə maral, cüyür, ayı, qaban, dağ  keçisi, dağ kəli, tülkü, canavar və s. heyvanlar məskunlaşıb. Qırqovul, turac, kəklik kimi quşlara meşə və kolluqlarda rast gəlmək mümkündür.

Yay tətili günlərində tez-tez Yaşar və Fərman babamgilə qonaq gedirəm. Yaşar babam deyir ki, yay tətili uşaqlara istirahət üçün verilib. Lakin istirahət yatmaq, vaxtını boş keçirtmək deyil. Kitab oxumaq da lazımdır. Mütaliə insanın beynini inkişaf etdirir, biliyini, dünyagörüşünü artırır.

Həyətyanı sahəmizdə moruq, çiyələk kimi giləmeyvələr, alça, gavalı, alma, armud və albalı yetişir. Bostan bitkilərini suvarmaqdan xoşum gəlir. Biologiya fənnini tədris edən Qumru müəllimin nəzəri cəhətdən öyrətdiklərini təcrübədə tətbiq edirəm. Çalışıram ki, yay istirahətim faydalı və səmərəli keçsin.

Könül  Nuriyeva,

İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli  tam orta məktəbinin VII  sinif şagirdi

 

 

 

 

 

 

Şərh Yaz