Savad və bacarıq nümayiş etdirilib                       

İsmayıllı təsilində uğurlar artmaqda davam edir. Pandemiyaya qarşı mübarizə şəraitində dərslərin onlayn qaydada keçirilməsi ilə yanaşı, məktəblərin əksərində keçirilən maraqlı tədbir və müsabiqələr də şagirdlərin təlim-tərbiyəsində həlledici rol oynayıb. Keçirilən bu sayaq tədbirlərdə şagirdlər yüksək savad və bacarıq nümayiş etdiriblər.

Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin təhsildə və onlayn müsabiqələrdə fərqlənən şagirdləri Fəxri fərman və Təşəkkürnamələrlə təltif olunublar. Təltif olunanlar tədbirin sonunda ulu öndər Heydər Əliyevin məktəb həyətindəki büstü önünə tər çiçəklər düzüblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz