Xəstəlik mənbələrinə qarşı profilaktik tədbir                

İsmayıllı şəhəri ərazisində, yaşayışın və hərəkətin intensiv olduğu küçələrdə məişət tullantılarının toplandığı yerlərdə İsmayıllı bələdiyyəsinin təşkilatçılığı ilə dezinfeksiya işi aparılıb.

Dezinfeksiyanın aparılması isti yay günlərində xəstəlik mənbəyi ola biləcək virus, mikrob  və bakteriyaların məhv edilməsi məqsədi daşıyıb. Dezinfeksiya işi peşəkar dezinfektorlar tərəfindən virus, mikrob vəbakteriyalar əleyhinə maddələrin tətbiqi ilə aparılıb.

100-ə yaxın məişət tullantısı qutusu dezinfeksiya olunub. Bir neçə yerdə antisanitariya vəziyyətinin aradan qaldırılmasına ehtiyac olduğu aşkarlanıb və bu barədə ölçü götürülüb. Tullantıları daşıyan texnikalar da dezinfeksiyadan keçirilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz