Xoş xəbərlərinin arası kəsilməsin                          

Yaşlı nəslin nümayəndəsiyəm. Məktəb illərindən bugünə kimi qəzetə, mətbuata olan marağım zəifləməyib. Yəni qəzet, jurnal görən kimi, nədən, kimdən, hansı aktual məsələdən necə yazdığını bilmək istəyirəm.

Məncə, bu təbii haldır. Qeyri-adi görünə biləni odur ki, mən anadan olduğum İsmayıllıda çıxan “İsmayıllı xəbərləri” qəzetininın hər nömrəsini yaşadığım ünvanda, Sumqayıt şəhərində alıram.

Mənə poçt vasitəsi ilə gəlib çatan zərfi açdıqda sanki İsmayıllı havası udur, bu gözəl məkanın seyrinə çıxır, insanların necə yaşadığı, rayon mərkəzinin, kəndlərin necə inkişaf etdiyinin, təhsilin, dövlət-vətəndaş münasibətlərinin ürəkaçan səviyyədə olması ilə üz-üzə dururam.

“İsmayıllı xəbərləri”ndən gələn son məktub vasitəsi ilə bu sevimli qəzetin 500-cü yubiley nömrəsinin işıq üzü görməsi xəbəri mənə də çatdı. Sözsüz ki, sevindim. Sosial şəbəkə vasitəsi ilə qəzetin redaktorunu təbrik də etdim.

İsmayıllıda “Əkinçi” missiyasını layiqincə yerinə yetirə bilən “İsmayıllı xəbərləri”nin yaradıcı heyətini mətbuat işçilərinin peşə bayramı günü ərəfəsində bir daha ürəkdən təbrik edir, bu qəzetin daimi oxucusu olduğumdan özümü xeyli imkanlı, rahat, məlumatlı hiss edirəm. Əminəm ki,  qəzetin, onun yorulmaz yaradıcılarının uğurları durmadan artacaqdır. Xoş xəbərlərinin arası kəsilməsin, “İsmayıllı xəbərləri”

Səltənət Ələkbərova,

Sumqayıt şəhəri

Şərh Yaz