Xoş xəbərlər eşitmək arzusundayam                                      

Orta məktəbi bitirib aili təhsil almaq məqsədilə paytaxta, Bakıya üz tutdum. İmtananları müvəffəqiyyətlə verib indiki Neft Kimya İnstitutunun tələbəsi oldum. Təhsil illəri arxada qaldı. İşləmək üçün təyinat aldım və o vaxtdan ixtisaslı neft mütəxəssisi kimi bakılı oldum.

Ötən əsrin 60-70-ci illərində bakılı olmaq əksər gənclərin arzusu idi. Başqalarını deyə bilmərəm, mənim üçün bu arzunun önündə doğulduğum kənd, təhsil aldığım rayon, həmin yerlərdən xoş xəbərlər eşitmək,

doğma İsmayıllının gündəlik inkişafı dururdu.

Artıq bir neçə ildir ki, təqaüdçüyəm. Bu yaşda olanların doğma yurda sevgisi xeyli güclü olur. Tez-tez doğmalarla telefon əlaqəsi saxlayır, yenilikləri, xüsusilə sevindirici xəbərləri öyrənirəm.

Hər nömrəsi xoş xəbərlər çələngi olan “İsmayıllı xəbərləri” qəzetinin yubiley nömrəsinin çıxma xəbərinə çox sevindim. Qəzetin hər nömrəsini onun rəsmi saytı vasitəsi ilə əvvəldən axıra kimi oxuyuram. Belə bir mətbuat orqanının mövcudluğu da İsmayıllı rayonunun adına fəxarətdir.

Yubiley nömrəsinin işıq üzü görməsi münasibəti ilə “İsmayıllı xəbərləri” qəzetinin baş redaktorunu, eləcə də bu qəzetin çıxmasında az-çox zəhməti olan hər kəsi Milli Mətbuat Günü ərəfəsində alqışlayıram. İsmayıllı adına uğur gətirən hər kimdirsə, canı sağ, işləri avand olsun!

Arif İsmayılov,

Bakə şəhəri, təqaüddə olan neftçi

 

Şərh Yaz