Fərqli gün, fərqli hədiyyə                   

Dünya bir əsrdən artıqdır ki, mart ayının 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd edir – kimisi sadəcə qeyd edir, kimiləri isə həmin günü əsil bayrama çevirir.

Bu il də təqvimdə 8 Mart oldu və dünya yenə həmin günü Beynəlxalq Qadınlar Günü kimi qeyd etdi. Dünya ölkələri sırasında öz yeri, öz mövqeyi olan qalib Azərbaycanda da bu gün qeyd olundu – amma dünyadakından, əvvəlki illərdəkindən çox fərqli.

Builki  8 Mart bizə Qələbə sevincini, qələbə qürurunu qazandıran, başımızı uca, alnımızı açıq edən oğullar böyütmüş anaların günü oldu –  Ana Vətən üçün canından, qanından keçən oğullar böyütmüş şəhid, qazi, döyüşçü analarının günü! Fərqli il, fərqli gün! İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi də şəhid analarını, həyat yoldaşlarını bu  fərqli gündə fərqli bir hədiyyə ilə  ziyarət etdi –  o övladların sayəsində işğal olunmuş torpaqları geri qaytarılaraq xəritəsi bütövləşən Azərbaycan xəritəsi, üzərinə şəhid qanı çilənmiş üçrəngli bayrağımız və o torpaq, o bayraq üçün canından keçmiş Azərbaycan oğlunu özündə birləşdirən suvenirlə.

Lalə Kəbirova

Şərh Yaz