NİZAMİ ÖVLAD TƏRBİYƏSİ HAQQINDA                       

Sənə nə eyləsə övladın, inan,

Onu görəcəkdir öz övladından.

*

Oğlunun yaxşı-pis işiyçün, dayan,

Cəza vermə, o da alar oğlundan.

*

Əvvəl əyri bitən bir cavan budaq,

Zənn etmə qocalsa düzgün olacaq.

*

Mənimçün üstündə gül olan tikan,

Yaxşıdır meyvəsiz sərv ağacından.

*

Əyri bitsə əgər əvvəldən calaq,

Onu od düzəldər, düzəltsə ancaq.

Göndərən: Hacıməmməd Məmmədov

Şərh Yaz