Atalar sözlərindən seçmələr                              

Axşamın qızartısı sabaha yaydır, sabahın qızartısı axşama vaydır.

*

At almağa cahıl gedər, qız almağa ahıl.

*

Ayağını isti saxla, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin.

*

Bacarırsan aslan ol, tülkü olmaq  asandır.

*

Baxmaqla öyrənmək olsaydı, itdən qəssab olardı.

*

Balın yoxdur, bal kimi dilin olsun.

*

Bar vaxtı bağbana salam verən çox olar.

*

Bir şeyin qiyməti əldən gedəndən sonra bilinər.

*

Böyüksüz evdə xeyir-bərəkət olmaz.

*

Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz.

*

Dildən acı, dildən şirin şey yoxdur.

*

Elm bir xəzinədir, nə qədər sərf edərsən, o qədər artar.

*

Eşitmək istəmədiyini başqasına eşitdirmə.

*

Fərsiz övlad altıncı barmaq kimidir, kəssən ağrıdar, qalsa, eyib olar.

*

Gün girən evə həkim girməz.

*

İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.

*

Kasıb itinin adını Gümüş qoyar.

*

Ləyaqətsizə öyüd-nəsihət versən, səni axmaq sayar.

*

Tez duranla tez evlənən peşman olmaz.

*

Şahın da ələksatana işi düşər.

(Ardı var)

Göndərən: Əli baba (Mehdiyev)

Şərh Yaz