Uğurlu xarici siyasət

Azərbaycan uğurlu xarici siyasət yürüdərək iqtisadi və siyasi məsələlərdə hər zaman birmənalı olaraq öz mövqeyini nümayiş etdirib. Ölkə başçımız, Prezident İlham Əliyev öz çıxışlarında xarici siyasətin əsaslarına toxunaraq, bəzi məqamları diqqətə çatdırıb. Bildirib ki, xarici siyasət açıq və prinsipial siyasətdir.

Dövlətimizin xarici siyasətində heç bir gizli nüans yoxdur. Bu səbəbə görə ki, xarici siyasət xalqın milli maraqlarına əsaslanır və müttəfiqlər arasındakı əməkdaşlığı özündə əsk etdirir. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində həyata keçirir. Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır və beynəlxalq hüququn təməl prinsiplərinə düzgün şəkildə əməl edir. Xüsusilə, BMT təməl prinsipləri başda olmaqla bu təşkilatın prinsiplərinə sadiq qalıb. Səsvermələr zamanı ölkəmiz hər zaman ədalətli qərar verib.

Bu səsvermələr zamanı Azərbaycan, BMT və digər təşkilatlarla səsvermə çərçivəsində Gürcüstan, Moldova, Ukranyanın ərazi bütövlüyünə dəstək verdiyini bildirib və yenə öz dəstəyini göstərir. Məhz həmin ölkələr tərəfindən də Azərbaycanın da ərazi bütövlüyü tanınır.

Müstəqillik qazandıqdan sonra Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə tərəfdaş ciddiyyətini daima qoruyub-saxlayıb. İştirak edilən layihələrdə Azərbaycanın verdiyi qərarlar və görülən tədbirlər bir daha sübüt edir ki, ölkəmiz xarici siyasətində də öz imicini qoruyub və etibarlı əməkdaşlığa nail olub.

Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşaraq, bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Bu öhdəliklərin yerinə yetirilməsi , eyni zamanda uğurlu addımların atılması dövlətimizin əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb. Bunun nəticəsidir ki, Azərbaycan özünün uğurlu siyasətində etibar qazanıb və digər ölkələrdə bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib.

Elbəy Fətəliyev.

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz