Rayondakı çay məcraları və suvarma kanalları təmizlənir             

İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin verdiyi tapşırıqlara həmçinin, cari iş planına uyğun olaraq fevral ayının müvafiq dövrü ərzində bir sıra işlər həyata keçirilmişdir.

Belə ki, əhalinin yaşayış evlərinin, fərdi təsərrüfatlarının, əkin sahələrinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədi ilə rayon ərazisindən keçən çaylarda ağır texnikalar (buldozer) vasitəsilə məcra təmizlənməsi işlərinə başlanılıb.

Həmçinin, Göyçay çayında 5700 kub metr, Ax-ox çayında 7500 kub metr, Cülyan çayında 7900 kub metr, Talıstan çayında 6700 kub metr olmaqla, cəmi – 27800 kub metr çay məcralarının təmizlənməsi işləri görülmüşdür.

Bununla yanaşı, suvarma mövsümünü tələb olunan səviyyədə başa çatdırmaq üçün rayonda mövcud olan suvarma kanallarının da lildən, digər tullantılardan təmizlənməsi işlərinə başlanılıb.

Topçu suvarma kanalında 4800 kub metr, Göyçay çay – İsmayıllı magistral beton kanalında 7500 kub metr, Kürdmaşı suvarma kanalında 2400 kub metr, Qəzli-Aşıqbayramlı suvarma kanalında 7000 kub metr olmaqla, cəmi – 21700 kub metr həcmində işlər aparılmışdır. Bundan başqa beton kanalların kol-kosdan təmizlənməsi ilə əlaqədar 7850 kvadratmetr iş görülüb. Sadalanan işlər mütəmadi davam etdiriləcəkdir.

Görülən tədbirlər nəticəsində rayonun suvarılan ərazilərində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı artacaq və məhsulların keyfiyyəti daha da yaxşılaşacaqdır.

Şərh Yaz