Dövlət qulluqçusu medalı təqdim olunub           

Xəbər verdiyimiz kimi, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı, RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi – böyük məsləhətçi Rəhimova Göyçək Aydın qızı Dövlət qulluqçularının peşə bayramı ərəfəsində  səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

RİH başçısı Nahid Bağırov tərəfindən medal G.Rəhimovaya təqdim edilib.

G.Rəhimovanı təbrik edən başçı ona bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb. Bildirib ki, yüksək təltiflər səmərəli fəaliyyətlə yanaşı, dövlətə və dövlətçiliyə sədaqətin bariz nümunəsidir.

G.Rəhimova Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və çalışdığı kollektivin rəhbərliyinə göstərilən etimada görə təşəkkür edib. Bundan sonra da Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini bildirib.

İsmayıllı xəbərləri”

Şərh Yaz