Həsənov İnqilab Həsən oğlu

İsmayıllı rayon ictimaiyyətinə itki üz vermişdir.  85 yaşı yenicə tamamnlamış Həsənov İnqilab Həsən oğlu dünyasını dəyişmişdir.

İnqilab Həsənov 13 yanvar 1936-cı ildə İsmayıllı rayonunun Mücü kəndində anadan olmuş, orta təhsilini 1955-ci ildə İsmayıllı rayon 1 saylı orta məktəbdə almışdır.

Şamaxı Zoobaytarlıq Texnikumunu, aldığı ixtisas üzrə əmək fəaliyyətində olmaqla, 1968-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zoomühəndislik fakultəsini bitirmişdir.

İsmayıllı rayonunun “Şəfəq” kolxozunda zootexnik, 1 №-li Mal-Qara Kökəltmə Məntəqəsində anbardar-kassir, qəbuldar, İsmayıllı Rayon İcraiyyə Komitəsində ümumi şöbə müdiri, rayonun Mal-Qara Kökəltmə Məntəqəsində müdir vəzifəsində çalışmışdır.

1976-cı ildə “Sovet Azərbaycanın 40 illiyi” adına sovxoza direktor təyin olunmuşdur.

İnqilab Həsənov 1983-1993-cü illərdə K.Marks və “Oktyabr” kolxozlarında baş zootexnik, 1993-1995-ci illərdə A.Ələsgər adına kolxozda sədr kimi çalışmışdır. Təqaüdə çıxdıqdan sonra rayonun ictimai-siyasi həyatından kənarda qalmamış, 2001-2019-cu illərdə rayon Ağsaqqallar şurasına sədrlik etmişdir.

4 qız, 3 oğul atası olan İ.Həsənov övladlarını milli-mənəvi, dini dəyərlər əsasında tərbiyə etmiş, Həcc, Kərbəla vəMəşhəd ziyarətində olmuşdur.

İnqilab Həsənov əməksevərliyi, tələbkarlığı və qayğıkeşliyi ilə onu tanıyanların, yaxınları və doğmalarının xətirəsində uzun illər yaşayacaqdır.

Qəbri nurla dolsun. Ruhu şad, məkanı cənnət olsun. Allah rəhmət eləsin.

İsmayıllı rayon İcra Hakimiyyəti və yaxınlarından bir qrupu         

Şərh Yaz