XƏYALLAR “STEAM”LA REALLAŞAR

Layihəmizin əsas məqsədi İsmayıllı məktəblərində təhsilverənlər üçün təlimlərin keçirilməsidir. Təlim üçün İsmayıllı rayonu üzrə 15 müəllim seçiləcək. Müəllim seçimində əsas meyarlar müəllimlərin İKT bacarıqlarının, komputer, ağıllı telefon, internetə çıxış, müasir təlim üsulları ilə işləyə bilmək bacarıqlarının olmasıdır.

Müəllimlər müsahibə yolu ilə seçiliblər. Müəllimlərin müsahibəsi 10 oktyabr 2020-ci il tarixində onlayn şəkildə təşkil edilib. Müsahibə Microsoft Teams proqramı üzərindən keçirilib. Müsahibədə RTŞ-in nümayəndələri və bu sahədə təcrübəli müəllimlər iştirak ediblər. Lahiyənin icra müddəti 15 oktyabr 2020-cil tarixdən başlamaqla  15 yanvar 2021-ci il tarixə qədər davam edəcək.

Bu müddət ərzində müəllimlərimiz “STEAM” – kurikuluma uyğun olaraq “Tinkercad” platformasında 3D-modellərinin hazırlanmasını öyrənə biləcəklər. Həmçinin Mikrobit alətlərilə yaxından tanış olub (hər bir iştirakçı mikrobit və “STEAM” ləvazimatları ilə təmin olunub) və Makecode Mikrobit platforması vasitəsilə elektron cihazlar hazırlamağı öyrəniblər.

Lahiyəmiz müvəffəqiyyətlə davam edir və müəllimlərimiz mikrobitlər vasitəsilə addımölçən, hərarətölçən və başqa maraqlı təqdimatlar üzərində çalışdıqlarını məharətlə nümayiş etdirirlər. İştirakçılara təlim kursunu bitirmə barədə sertifikatlar veriləcəkdir.

Şərafət Bayramov

 

Şərh Yaz