Zubrların sayı 19-a çatıb             

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha 5 zubr gətirilib.

Beləliklə, Şahdağ Milli Parkının İsmayıllı bölməsi ərazisində zubrların sayı 19-a çatıb. Yeni gətirilən zubrlar bir müddət milli parkın ərazisində xüsusi şəraitdə saxlanacaq, sonra isə təbiətə sərbəst buraxılacaqdır.

IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən 2019-cu ilin mayında İsmayıllı ərazisinə Avropadan 12 zubr gətirilib. Qısa müddət ərzində populyasiyada təbii artımın olması zubrların təbiətimizə tam uyğunlaşdığını göstərir.
Qeyd edək ki, Azərbaycanda zubrlar ilk insanların yaşadığı qədim dövrlərdən mövcud olub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun əyani sübutudur.

Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işinə hər birmiz dəstək olmalıyıq.
İsmayıllı təbiətinin canlı parçasına çevrilən zubrları rayonun Buynuz kəndində, Şahdağ Milli Parkına məxsus ərazidə müşahidə etmək olar.

İsmayıllı xəbərləri”

 

 

 

 

 

 

 

Şərh Yaz