Əsgərə məktub

 

Salam, Vətənin qürurlu əsgəri! Mən İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin 5-ci sinif şagirdi Nərmin Məmmədliyəm. Sən isə məni bəlkə də heç vaxt tanımayacaqsan. Amma mən sənin 44 gün ərzində qəhrəmanlıqla apardığın mübarizənin şahidiyəm, deməli, səni tanıyıram. Sən Vətəni canından əziz tutdun.

Döyüş yoldaşların olan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Ata-analarının əllərindən öpürəm. Yaralı əsgərlərimizə ulu Yaradandan şəfalar diləyirəm.

Vətən evimizdir. Vətəni qoruyan əsgərlərimizə eşq olsun! Sən qorxu bilməyən Vətən övladısan. Bütün işlərinə, qarşıdakı həyatına uğurlar arzulayıram. Vətənin dar günündə onun müdafiəsində əzmkarlıq göstərdin. Ali Baş Komandanın əmrlərini şərəflə yerinə yetirdin. Düşməni məğlub olmağa məcbur etdin. Düşmən yenilməzliyini gördü. Mən sənə güvənirdim. Zənnimdə yanılmadım, Azərbaycan əsgəri!

Çox qürurluyam. Bu qürur sənin cəsarət, hünər və mübarizliyindən doğur. Bugünkü sakit həyatı, bol gülüşü, tükənməz Vətən eşqini mənə sən verdin! Allah səni qorusun!

Nərmin Məmmədli,

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin V C sinif şagirdi

 

 

Şərh Yaz