“Zəfər” parkında ağaclar əkilib

Noyabr ayı ağac əkmək üçün olduqca münasib vaxtdır. Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı rayon bölməsinin könüllüləri İsmayıllı bələdiyyəsi ilə birgə şəhərin “Zəfər” parkında ağac əkini işində xüsusi fəallıq göstəriblər. Gənclərin bu xeyirxah təşəbbüsünə Vətən müharibəsində şəhid olan həmyerlilərimizin valideynləri də qoşulublar. Könüllülər göstərilən dəstəyə görə bələdiyyənin rəhbərliyinə minnətdarlıq ediblər. Qarşılıqlı layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur.

S.Rəhimova

Şərh Yaz