Yaralılar ziyarət olunurlar               

İsmayıllı RİH-nin təşəbbüsü ilə Vətən müharibəsində yaralanmış hərbiçilər evlərində ziyarət olunub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı qələbədə misilsiz rolu olan bu əsgərlərə təşəkkürlər edilib. Onlara şanlı Qələbəmizin qazanılmasında soydaşlarımız tərəfindən həmişə dərin hörmət və qayğı göstəriləcəyi bildirilib.

Qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, həmçinin rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Qismən səfərbərlik elan olunduqda Azərbaycanın digər bölgələrində olduğu kimi ismayıllılar da Qələbə əzmi ilə cəbhəyə yollandılar. Qısa müddətdə şanlı qələbəmizlə yekunlaşan bu döyüşlər tariximizə Vətən müharibəsi kimi qızıl hərflərlə yazıldı.

Vətən müharibəsi başlayan gündən ismayıllılar ön və  arxa cəbhədə dövlətimizə və ordumuza dəstək oldular. Yaralı hərbçilərimizlə ayrı-ayrı idarə və təşkilat nümayəndələri tərəfindən müntəzəm keçirilən bu görüşlər, qazilərin ziyarət olunması da həmin dəstəyin davamıdır.

Elmi Məmmədli

Şərh Yaz