Möcüzəli aləmə maraq                      

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş H.Əsədov adına Vəng kənd tam orta məktəbinin kimya müəllimi Qurbanova Gülnarə Mütalib qızı “Möcüzələr aləmi” layihəsinin onlayn qaydada təqdimatını keçirib.
Layihənin rəhbəri G.Qurbanova təqdimat zamanı layihənin əsas məqsədi, vəzifələri və layihə çərçivəsində görüləcək işlər haqqında ətraflı məlumat verib.

Layihənin adından göründüyü kimi, kimya həqiqətən də möcüzələr aləmidir. Layihənin keçirilməsində əsas məqsəd şagirdlərdə kimya fənninə qarşı fobiyanı aradan qaldırmaq, onlarda bu möcüzəli aləmə marağı daha da artırmaq olub. Bunun üçün məktəblərdə hələ kiçik yaşlarından şagirdlərə kimya möcüzələrinin əyləncəli şəkildə çatdırılmasının vacibliyindən söz açılıb. Təqdimatın gedişində rayon məktəblərinin kimya müəllimləri xüsusi fəallıqla iştirak ediblər.

Tədbir iştirakçıların layihə ilə bağlı təklif və rəyləri dinlənilib.
İsmayıllı xəbərləri”

Şərh Yaz