SADİQ BABAOĞLU evdə qalsa da, yazmaqdan qalmır… Evdə qal

Bu, döyüşdür – kim uduzar, kim udacaq, bilmirəm,
Kimdir fərsiz, iradəsiz, kimdir qaçaq, bilmirəm.
Elin sevən evdə qalır, kimdir qoçaq, bilmirəm.
Bu sınaqdan Vətən, xalqım alnıaçıq çıxacaq.
Koronovirus öyünməsin, onu təbib boğacaq.

Sığortalı bir bəndə yox şok virusdan bu dünyada,
Pəhləvanı, generalı, cəngavəri düşmən yada.
Çıxma çölə, gəzmə yolda ya maskalı ya piyada,
Tutmaz səni, ya nəslindən bir nəfəri, evdə qal,
Çətinliyi boğ içində, aç səhəri, evdə qal!

Nə ad verək karantinin qaydaların pozanlara?
İrad tutaq bu xilaskar qaydaları pozanlara.
Saxta sənəd, əl altından xalqa quyu qazanlara
Od-alovdur, tüğyan edir, çalış, vuruş, evdə qal,
Yapışmasın yaxamızdan qada virus, evdə qal!

Bu gün hamı bir söz deyir, tamam aydın, çox qısa,
Bəla məlum ingilisə, fansıza, iranlıya, həm rusa.
“Biz birlikdə güclüyük de, qalib gələk virusa.
Ailənə, dost-tanışa hörmət elə, evdə qal,
“Evdəqal”la düşməninə nifrət elə, evdə qal!

***
Evdə qalıb, Vətənini qoruyanın niyyətinə qurban olum,
Xalqımızı bu bəladan qurtaranın qeyrətinə qurban olum.
Bu davada evdə qalıb vuruşanın qeyrətinə qurban olum,
Azərbaycan, tarixlərdə qalmaq üçün, salamat qal, evdə qal,
Azərbaycan, İrəvanı almaq üçün salamat qal, evdə qal!
Sadiq Babaoğlu,
İsmayıllı rayonunun Qalınçaq kənd sakini

Şərh Yaz