Bu işi davam etdirəcəyik

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə İsmayıllı Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri “Könüllü qonşu” aksiyasını uğurla davam etdirir.
Çalışmalarımızın ahıllar, əlil və kimsəsizlər tərəfindən xeyir-dua il qarşılanması biz gənclərə xüsusi qəlb rahatlığı verir.
Qısa müddətdə çağırışımıza xeyli könüllü də qoşulub. Onlarla ehtiyaclıya ünvanında dəstək olmuşuq. Etdiyimiz xeyirxahlıqdan aldığımız daxili rahatlıq bizi daha çox ünvanda olmağa, daha çox insana xidmət göstərməyə sövq edir.
Gördüyümüz işlər o qədər də çətin və ya ağır deyil. Kimisinə gündəlik ərzaq, kimisinə dərman almalı oluruq. Hətta oxumaq üçün maraqlı ədəbiyyat gətirilməsini, evdəki məişət tullantılarının atılmasını xahiş edənlər də olur. Bu kimi xahişləri məmnunluqla yerinə yetiririk
Ehtiyacı olanlara lazımı köməkliyi göstərmək təkcə karantin dövründə deyil, hər zaman borcumuz olmalıdır. Bu işi gələcəkdə də davam etdirəcəyik.
İsmayıl Faxtiyev,
İsmayıllı Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru

Şərh Yaz