Yardım aksiyasının əhatə dairəsi genişlənir

Yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimində möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə başlamış #BizBirlikdəGüclüyük çağırışı İsmayıllı əhalisinin həmrəyliyini artırmaqdadır.


İsmayıllı Rayon İcra Hakimiyyəti karantin dövründə gəlir yerlərindən müvəqqəti məhrum olmuş, aztəminatlı ailələrə, həmçinin əlil və ahıl insanlara verilən ərzaq yardımı aksiyasının əhatə dairəsini genişləndirir. Bu vacib aksiyaya müxtəlif şirkət və xeyirxah insanlar qoşularaq həmrəylik nümayiş etdirirlər. Hər gün quruma “Sakinlərin Müraciət Xidməti – 164″ qaynar xətt, elektron ünvan və sosial şəbəkələr vasitəsi ilə daxil olan müraciətlər siyahıya alınır, qeyd olunan kateqoriyalar üzrə insanlara ərzaq yardımları çatdırılır.


İsmayıllı RİH-nin iştirakı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “9 №-li Yol İstismar MMC” şirkəti tərəfindən rayonun bir qrup aztəminatlı ailəsinə yardım olunub.

 

Şərh Yaz