Qabaqlayıcı tədbirlər görülür

Yaz ayları dağlarda qarların əriməsi, güçlü yağışların yağa bilməsi səbəbindən sel sularının vaxtında qarşısının alınması və İsmayıllı rayonu ərazisində suvarmanın təşkili ilə əlaqədar kanalarin lidən təmizlənməsi, baş verə biləcək sel təhlükəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür.
Rayon ərazisindən keçən Talıstançayın məcrası genişləndirilir, sahilbərkitmə işləri həyata keçirilir. Məqsəd baş verə biləcək sel sularının qarşısını almaqdır. Əraziyə 4 ədəd texnika cəlb olunub. Artıq təhlükəli hesab olunan 2000 metr məsafədə vacib işlər aparılıb, çay məcrasının eni 30-45 metrə çatdırılıb. İlkin mərhələdə Talıstançayın İsmayıllı şəhərini tutan hissəsinin genişləndirilməsi nəzərdə tutulur.
Lahıc qəsəbəsinin sel daşqınlarından mühafizəsi məqsədilə Girdiman çayında da məcratəmizləmə işlərinə başlanılıb.
Yaşayış və əkin sahələrinin daşqınlardan qorunması üçün Cülyan və Kəlbənd kəndləri ərazisindən keçən Cülyançay və Quruçayda da əsaslı sahilbərkitmə, eləcə də uzunluğu 29 kilometr olan Göyçayçay-İsmayıllı magistral beton suvarma kanalın lildən təmizlənməsi nəzərdə tutulur.

Şərh Yaz