Tənha və ahıllara xüsusi qayğı göstərilir

İsmayıllıda koronovirus pandemiyası (COVID-19) sәbәbindәn tәtbiq olunan karantin rejimindә mübarizədə 65 yaşdan yuxarı insanlara diqqət daha da artırılıb.
İsmayıllı Rayon İcra Hakimiyyәti yüksək riskli yaş qrupuna aid olan vә evdən çıxmaq imkanı mәhdudlaşmış tәnha vә ahıl sakinlәri xüsusi nәzarәtә götürüb. Rayon gənclərindən ibarət könüllülər qrupu daim onları ziyarət edir, qayğıları ilə maraqlanırlar. Könüllülər ahıl insanların çətinlik çəkdikləri işlərdə onlara köməklik göstərirlər.
Tədbirlərin davamı olaraq, aprelin 15-dә Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İsmayıllı rayonunda yaşayan vә yaşı 65-dən yuxarı olan 199 nәfәr tənha və ahıla ərzaq yardımı edilib. Yardım olunanlardan 192 nəfəri daimi, 7 nəfəri isə karantin dövründə müvəqqəti olaraq sosial xidmətə götürülmüş şəxslərdir.

Şərh Yaz