Yaddas kitabcasi

Şöbənin səfərbəredici rolu qeyd olunub

Fevral ayının 13-də İsmayıllı rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının səkkizinci ildönümü qeyd olunub.

Xidmətin rayon şöbəsinin əməkdaşları rayon İcra Hakimiyyəti aparatının məsulları ilə bərəbər əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbiri giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. O, SHXÇDX rayon şöbəsinin əməkdaşlarını əlamətdar gün – təmsilçisi olduqları təşkilatın yaranması ildönümü münasibəti ilə təbrik edib. Ölkədəki ordu quruculuğundan, ordumuzun dünya orduları sırasında öncül yerlərdən birini tutmasından söz açan başçı  gənclərə vətənpərvərlik ruhunun aşılanmasında, onların orduya, Vətəni müdafiəyə hazırlanmasında, hərbi peşələrə yiyələnmədə səfərbəredici rol oynamaqda uğurlar arzulayıb. Xidmətin rayon şöbəsinin arzulanan fəaliyyətdə fərqlənən  4 nəfər əməkdaşına RİH-nin pul mükafatını təqdim edib.

SHXÇDX rayon şöbəsinin rəisi polkovnik-leytinant Əfran Nəbiyev qurumun 8 illik fəaliyyəti barədə məruzə edib. Şöbənin iki nəfər əməkdaşına SHXÇDX-nin Fəxri fərmanı verilib.  Bir nəfərə isə təşəkkür elan olunub. Tədbirdəki çıxışlarda istefada olan polkovnik Əlaləm Babayev, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, rayon məhkəməsinin sədri Rəfael Şirinov, rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov qurumun, eləcə də şöbənin fəaliyyətindən razılıq edərək, əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik ediblər.

Ş.Soltanov

 

Fotolar Cəmil Xalidoğlunundur

 

Şərh Yaz