Yaddas kitabcasi

Təbiət qoynunda açıq dərs

Təhsil nazirinin əmri ilə İsmayıllı rayonundakı E.Həsənov adına Mücühəftəran kənd tam orta məktəbinə direktor təyin olunmuş Namiq Ağaməmmədov şagirdlərdə təhsilə maraq oyatmaq və şagirdlərin motivasiyasını artırmaq məqsədi ilə onlarla təbiət qoynunda “Azərbaycanın dağ və düzənlik landşaftları” mövzusunda açıq dərs keçib.

O, qeyd edib ki, Azərbaycan Respublikasının təbii şəraiti mürəkkəb olduğundan onun ərazisində inkişaf etmiş landşaftlar da müxtəlifliyi ilə səciyyələnir. Landşaftlar dağlıq və düzənlik landşaftlarına bölünür. Bunların daxilində isə bir sıra landşaft tipləri və yarımtipləri vardır.

Müəllim şagirdlərə 8 dağlıq və 3 düzəllik lanşaftı barədə ətraflı məlumat verib. Şagirdlər hər gün qoynunda olduqları təbiətin bu qədər mürəkkəb olduğunu bilmədiklərini etiraf ediblər.

Azərbaycan Respublikasında təbii landşaftların yüksəkliyə görə dəyişilməsində Böyük və Kiçik Qafqaz, Talış (Lənkəran), Naxçıvan MR landşaft strukturu qrupları barədə şagirdlərə məlumatlar verilib.

Nailə Salmanova 

Şərh Yaz