Problemlərin həlli yolları araşdırılıb

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2019-cu il tarixli 205 saylı Sərəncamına uyğun olaraq “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar “2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələr”lə bağlı icra nümayəndəliklərində hesabat yığıncaqlarının keçirilməsi davam edir.
Təsdiq edilmiş qrafikə əsasən 24 yanvar 2020-ci il tarixində İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında RİH başçısının müavini Mahmud Süleymanov, şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştrak edib.
Müvafiq təlimata əsasən iclasın gündəliyi təsdiq edilib, iclasın sədri və katibi seçilib. “2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələr”lə bağlı  RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Məhərrəm Əhmədovun məruzəsi dinlənilib.
Hesabat yığıncağındakı çıxışlarda şəhər sakinləri görülmüş işlərdən və mövcud problemlərdən danışaraq şəhər icra nümayəndəliyinin fəaliyyətinə öz münasibətlərini bildiriblər. Şəhər nümayəndəliyinin 2019-cu ildəki fəaliyyəti yığıncaq iştirakçıları tərəfindən “kafi” qiymətləndirilib.
Vətəndaşların yığıncaqda qaldırdıqları vacib məsələlər, mövcüd olan sosial-iqtisadi problemlər dinlənilib və həlli yolları araşdırılıb.
Hesabat yığıncağında iştrak edən RİH başçısının müavini M.Süleymanov çıxış edərək İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin işdə yol verdiyi nöqsanlardan danışıb və qarşıda duran vəzifələrin icrası üçün tövsiyələrini verib.

E.Manafov

Şərh Yaz