İl ərzindəki fəaliyyət qənaətbəxş sayılıb

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirakı ilə Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin “2019-cu ildə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr” barədə hesabatı dinlənilib.

Öncə qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Respublikamızın  sosial-iqtisadi inkişaf strategiyası ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə son illərdə aparılan islahatlar, qəbul olunan qanunlar doğma vətənimizi dünyaya tanıtmış, onun qüdrətinin artmasına zəmin yaratmışdır. Respublikanın bütün şəhər, rayon, qəsəbə və kəndlərinin yenidən qurulması, neft sektoru ilə birlikdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması və bu kimi saysız islahatlar cənab Prezidentimizin apardığı düzgün siyasi və iqtisadi xəttin nəticəsidir.

Rayonumuzda açılışı olan yeni iş yerlərinin, məktəblərin, sənaye obyektlərinin sayı son 6 il ərzində sürətlə artmışdır. Bu inkişafdan qəsəbəmizə də pay çatmışdır. Ötən hesabat ilində qəsəbəmizdə yeni məktəb binasının açılışı olub. Mavi yanacaq və yolla təminat qəsəbədə, eləcə də ətraf kəndlərdə yaşayan əhalinin rahatlığını artırmışdır. Qəsəbədəki infrastruktur dəyişiklikləri buraya olan turist marağı və axınını xeyli artırmışdır. Bunu müsbət, faydalı işlərdən biri kimi qeyd etmək olar.

Hesabat ili ərzində görülmüş işlər, keçirilən bütün tədbirlər İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsi tərəfindən razılaşdırılmış tədbirlər planı əsasında aparılıb.

Ərazidə problemlər də yox deyil. Onların minimuma endirilməsi gündəlik işimizin əsasıdır.

Qəsəbəmizin ümumi inkişafı və əhalinin rifah halının yüksəldilməsi məqsədi ilə Lahıc qəsəbə icra nümayəndəliyi olaraq bundan sonrakı işimizi qanunvericiliklə və günün tələblərinə uyğun quracağımıza, cənab Prezidentin apardığı uğurlu siyasətin üzərimizə qoyduğu vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.

Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabatında çıxış edənlər il ərzində görülmüş işlərin qənaətbəxş olduğunu bildiriblər.

Hesabat yığıncağında iştirak edən RİH başçısı M.Sadıqov qarşıda duran vəzifələrin icrası ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Ə.Əlizadə,

İsmayıllı Rayon İcra Hakimiyyəti başçın Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrəmayəndəsi                       

 

Şərh Yaz