Ulu öndər anıldı

Bu gün ölkəmizin hər yerində olduğu kimi, məktəbimizdə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elçin Məmmədov dahi şəxsiyyətin həyat yoluna kiçik səyahət edərək Onun həyatının çətin və dəyərli məqamları haqqında məlumat verdi. Məktəbin tarix müəllimi Bəxtiyar Fərəcov əbədiyaşar Liderin Azərbaycanın müstəqilliyi uğrunda apardığı çətin mübarizənin mərhələlərini tədbir iştirakçılarına çatdırdı.
Ulu öndərin həyatı və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildikdən sonra şagirdlərin iştirakı ilə məktəbin UBTR-i Nərgiz Cərullayevanın rəhbərliyi ilə hazırlanmış “Ürəklərdə yaşayan dahi” ədəbi-bədii kompozisiya iştirakçılara təqdim edildi.
Tədbirin sonunda Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən silsilə tədbirlərdə fəallıq göstərən şagirdlər təltif olundu.
Allah rəhmət etsin.

Sevinc Mirzəyeva

Şərh Yaz