Bir ömrün izi ilə

İsmayıllı rayonu T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

Məktəb üzrə bütün siniflərdə divar qəzetləri Ulu öndərin anım gününə həsr olunub. Məktəbin şagirdləri arasında inşa yazı müsabiqəsi, Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar “Bir ömrün izi ilə” adlı tədbir keçirilib.

Tədbirdə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Rusan Qasımov, tərbiyə işləri üzrə direktor müavini Bədir Bədirov çıxış ediblər. Ulu öndərin keçdiyi mənalı ömür yoluna həsr olunmuş video-çarx nümayiş olunub. Şagirdlərin təqdimatında Ümummilli liderə həsr olunmuş şeirlər səsləndiriliblər. Ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

E.Qasımova

Şərh Yaz