Ulu öndərə məhəbbət rəsmlərdə

Dekabr ayının 11-də İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən İsmayıllı rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş rəsm sərgisi təşkil olunub.

Tədbirdə çıxış edən İsmayıllı GİKM-nin direktor əvəzi İsmayıl Faxtiyev və Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov ulu öndər Heydər Əliyevin gənclər siyasətindən və bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Ulu öndərin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyətindən, Azərbaycanın müstəqilliyi naminə həyata keçirdiyi işlərdən, uğurla apardığı islahatlardan, həmçinin, istedadlı Azərbaycan gənclərinə xüsusi qayğısından danışıblar.

Daha sonra sərgiyə baxış keçirilib. Sərgi iştirakçıların böyük marağına səbəb olub.

“İsmayıllırləri”

Şərh Yaz