Dövlət siyasəti ilə bağlılığından razılıq

Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri verilmişdir. Mənəviyyatımızın təməl kitabı olan “Kitabi-Dədə Qorqud”un qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.

Bu fikirləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Elgün Səfərov İsmayıllıda keçirilən “Dövlət-qadın siyasəti. Gender bərabərliyi” adlı maarifləndirici tədbirdə səsləndirib.

Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının  İctimai-siyasi və humanitar məsələlər üzrə müavini, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova açıb. Dövlət-qadın siyasətinin dövlətçiliyimizdəki rolundan danışıb. Tədbir iştirakçılarını həyatda olduğu kimi, tədbirin keçirilməsində, aparılacaq müzakirələrdə də fəallığa dəvət edib.

İştirakçılar mövzunu əhatə edən video-çarxı izlədikdən sonra  qruplara bölünüb, gündəlikdəki məsələnin təhlilini aparıblar.

Tədbiri təşkil edən tərəf İsmayıllı qadınlarının dövlət siyasəti ilə bağlılığından razılıq edib.

Aysu Nəcəfli

 

Şərh Yaz